Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Avaxıl kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı RİH başçısı Tahir Məmmədov ölkədə, o cümlədən Şamaxı rayonunda son illər həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Avaxıl kənd sakinləri kəndin elektrik təsərrüfatının yenilənməsi və kənddaxili su şəbəkəsində yaranan problemlərin aradan qaldırılması ilə bağlı müraciətlərini bildiriblər. Sakinlərin digər müraciət və təklifləri də dinlənilib, qaldırılan məsələlərin həlli yolları müzakirə olunub.
Səsləndirilən problemlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


