Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Dədəgünəş kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə üzrə, eləcə də rayonda son illər həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.
Qəbul zamanı Dədəgünəş kənd sakinləri tərəfindən kəndin qazlaşdırılması, müasir rabitə infrastrukturunun yaradılması, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin qaldırdıqları məsələlər ətrafında geniş müzakirələr aparılıb, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinin yerində öyrənilməsi, mövcud problemlərin operativ həlli və sakinlərlə birbaşa ünsiyyətin təmin edilməsidir.







