Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu Hacıqədirli kəndində keçirilib.
Səyyar qəbulda RİH başçısı ilə yanaşı, rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən Tahir Məmmədov son illər respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Qəbul zamanı kənd sakinləri əsasən qış mövsümü ilə əlaqədar qaz təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.









