Şamaxı RİH başçısı Kərkənc kəndində sakinlərlə səyyar qəbul keçirib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısı Kərkənc kəndində sakinlərlə səyyar qəbul keçirib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Kərkənc kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda RİH başçısı ilə yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı Tahir Məmmədov respublikada, o cümlədən Şamaxı rayonunda son illər həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Səyyar qəbulda Kərkənc kənd sakinləri əsasən kəndə gedən yolun təmiri və içməli su təminatı ilə bağlı problemləri diqqətə çatdırıblar. Sakinləri narahat edən digər məsələlər də dinlənilib və müzakirə olunub.
Qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az