Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Bağırlı kəndində səyyar qəbulu keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Bağırlı kəndində səyyar qəbulu keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Bağırlı kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə RİH başçısı ilə yanaşı, rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən Tahir Məmmədov son illər respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Qəbul zamanı Bağırlı kənd sakinləri əsasən elektrik enerjisi təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Sakinləri narahat edən digər məsələlər də müzakirə olunub, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az