Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Mədrəsə qəsəbəsində sakinlərlə görüşüb, onların müraciət və təkliflərini dinləyib.Qəbulda təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də Mədrəsə qəsəbəsinin sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov respublikada, o cümlədən Şamaxı rayonunda son illər həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb. Rayonun kənd və qəsəbələrində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Qəbul zamanı Mədrəsə qəsəbə sakinləri əsasən qəsəbəyə gedən avtomobil yolunun təmiri və əhalinin içməli su təminatında yaranan problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Sakinləri narahat edən digər məsələlər də müzakirə olunub.
Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.