Şamaxıda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub


Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, partiya fəalları, ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Şamaxı Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Yeni Azərbaycan Partiyasının yaranma tarixinə və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş nitqi ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və 09 saylı Ərazi Partiya Təşkilatının sədri Şasəddin Mikayılov çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, milli həmrəyliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən bəhs ediblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində böyük inkişaf yolu keçərək ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, ölkəmizin tərəqqisi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, tarixi Zəfərimizin əhəmiyyəti və gənclərlə işin prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb.
Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına və səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalı fəxri fərmanlarla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az