Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Nağaraxana kəndində keçirilib ​ » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Nağaraxana kəndində keçirilib ​


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayonun Nağaraxana kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı Tahir Məmmədov ölkədə və Şamaxı rayonunda son illər həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb. Kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması, sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbul zamanı sakinlər kənd qəbiristanlığının çəpərlənməsi, eləcə də müxtəlif fərdi məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Kənd sakinlərini maraqlandıran və narahat edən digər məsələlər də diqqətlə dinlənilib, onların həlli yolları müzakirə olunub.
Qaldırılan məsələlərin operativ həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az