"Heydər Əliyevin ideyaları ilə formalaşan müasir Azərbaycan” mövzusunda tədbir keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

"Heydər Əliyevin ideyaları ilə formalaşan müasir Azərbaycan” mövzusunda tədbir keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin ideyaları ilə formalaşan müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova və Səbinə Xasayeva, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Xaqani Tağıyev, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru İsaxan Vəliyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli inkişaf strategiyasından və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, Heydər Əliyev irsi müasir Azərbaycanın inkişafının əsas dayaqlarından biridir.

Sonda uzun illər ictimai-siyasi fəaliyyətdə fərqlənən şəxslər fəxri fərmanlarla təltif olunub, Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az