Şamaxıda “Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı” mövzusunda tədbir keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı” mövzusunda tədbir keçirilib


Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili" çərçivəsində “Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, 5 saylı Ərazi Partiya Təşkilatının sədri Rəfail Tağızadə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev, YAP-ın fəal üzvü Əli Mahmudov və şəhid atası Rza Nəbiyev çıxış edərək 1969-cu il 14 iyul tarixinin Azərbaycanın müasir inkişaf tarixində mühüm dönüş nöqtəsi olduğunu bildiriblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə gəlişi ilə ölkədə genişmiqyaslı sosial-iqtisadi islahatlar həyata keçirilib, elm, təhsil, sənaye və mədəniyyət sahələrində əsaslı inkişaf təmin olunub. Çıxış edənlər Ulu Öndərin dövlətçilik irsinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin dinamik inkişafının və beynəlxalq nüfuzunun yüksəlməsinin bu siyasi kursun uğurlu nəticəsi olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az