Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kənd sakinləri ilə keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kənd sakinləri ilə keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Ərçiman kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də Ərçiman kənd sakinləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə üzrə, o cümlədən rayonda son illər həyata keçirilən quruculuq-abadlıq işləri, kənd və qəsəbələrdə infrastrukturun inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Qəbul zamanı Ərçiman kənd sakinləri tərəfindən kəndə gedən avtomobil yolunun bərpası, kəndin qazlaşdırılması, kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsi, kənd məscidinin bərpası, eləcə də kənd tibb məntəqəsinin ixtisaslı tibb işçisi ilə təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.

Sakinlərin qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az