Şamaxıda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci il dönümü ilə bağlı dəyirmi masa keçirilib


Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci il dönümü ilə bağlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Mədəniyyət idarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, Şamaxı təhsil sektorunun müdiri Məsud Babayev, Gənclər və İdman idarəsinin Şamaxı sektonun müdiri Şahmar Hüseynov, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova və Əmək və Veteranlar şurasının sədri Ağarza Bayramov bildirdilər ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olub. Cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bu siyasət ölkəmizi daha da böyük uğurlara aparacaqdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az