Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Adnalı kənd sakinləri ilə keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Adnalı kənd sakinləri ilə keçirilib


Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və Adnalı kəndi sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən geniş bəhs edib. O, infrastruktur layihələrinin icrası, kommunal xidmətlərin keyfiyyətinin artırılması və əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Qəbul zamanı Adnalı kənd sakinləri tərəfindən əsasən kənddaxili yolların bərpası və təmiri ilə bağlı müraciətlər səsləndirilib. Bununla yanaşı, digər sosial və məişət xarakterli məsələlər də sakinlər tərəfindən qaldırılıb və müvafiq qurum nümayəndələri ilə birgə müzakirə olunub.

Sakinləri narahat edən məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib, bəzi problemlərin yerində araşdırılması və qısa müddətdə aradan qaldırılması üçün müvafiq göstərişlər təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az