Şamaxı RİH başçısı Mirikənd kənd sakinləri ilə səyyar qəbul keçirib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısı Mirikənd kənd sakinləri ilə səyyar qəbul keçirib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Mirikənd kənd sakinləri ilə keçirilib. Qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı çıxış edən Tahir Məmmədov son illər ölkəmizdə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə icra olunan infrastruktur layihələrindən və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlərdən ətraflı bəhs edib.

Qəbul zamanı Mirikənd kənd sakinləri tərəfindən əsasən kənddə məscidin tikintisi, kənddaxili yolların bərpası, həmçinin kənd yolunun magistral yolla birləşdiyi ərazidə hərəkətin tənzimlənməsi ilə bağlı müraciətlər səsləndirilib. Sakinləri narahat edən digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Qaldırılan problemlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az