Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, həmçinin xidmət təşkilatlarının rəhbər işçiləri və Məlcək kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Tahir Məmmədov son illər ölkə üzrə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərdən ətraflı bəhs edib.
Səyyar qəbul zamanı Məlcək kənd sakinləri tərəfindən kənd məktəbinin yeni korpusunun inşası əsas məsələ kimi qaldırılıb. Bununla yanaşı, sakinləri narahat edən digər məsələlər ətrafında da müzakirələr aparılıb. Qaldırılan problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.





