Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.
Əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şamaxı Mədəniyyət Mərkəzində davam edən tədbirdə “Geosiyasi Kod” filmi nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı tarixi xidmətlərindən, ölkənin inkişafı, sabitliyi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıblar.
Natiqlər bildiriblər ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan daha da güclü, müstəqil bir dövlətə çevrilib.








