Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib


Öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilat kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Şamaxı Cümə Məscidində təşkil olunmuş ehsan süfrəsində çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açaraq bütün həyatını bu amal uğrunda mübarizəyə həsr etdiyini bildiriblər. Natiqlər həmçinin Ulu Öndərin bizə bəxş etdiyi güclü Azərbaycan Respublikasının bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da gücləndiyini, dünyada söz sahibinə çevrildiyini vurğulayıblar. 
Tədbirdə Ulu Öndərin ruhuna dualar oxunub, xatirəsi ehtiramla anılıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az