Şamaxıda Zəfər Günü təntənə ilə qeyd olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Zəfər Günü təntənə ilə qeyd olunub


8 Noyabr – Zəfər Günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Respublikanın digər bölgələrində olduğu kimi, Şamaxıda da Zəfər Gününün 5-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Rayonun müxtəlif ərazilərində onlarla yeni ağac əkilib.

Daha sonra Şamaxı Rayon Mədəniyyət Mərkəzində rəsmi mərasim təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək vurğulayıblar ki, bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi sayəsində qazanılıb.

Mərasimdə “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib. Tədbirin bədii hissəsində isə mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az