Şamaxı rayonunda seçicilərlə görüş keçirilib
Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Meysəri və Cabanı kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, sədr müavini Altay Məmmədov, Şamaxı rayonu üzrə seçki qərargahı üzvləri Şasəddin Mikayılov, Ağarza Bayramov, Nəzakət Abdulrazaqova, Cavid İslamov, Fuad Səmiyev və Şamaxı rayon yerli təşviqat qrupunun üzvləri Emil Bədəlov, Fuad Nəsirov və şəhid atası Sərdar Şirinov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Cənab Prezident İlham Əliyev 20 ildə, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
Natiqlər seçiciləri 7 fevral Prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs verəcəklərini bildiriblər.