“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalının qalibi müəyyənləşib » Shirvanqazeti.az - Şirvan Qəzeti

“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalının qalibi müəyyənləşib


“Azərbaycan Şahmat Turu” çərçivəsində Şamaxıda “Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalı keçirilib.
Yarışda 107 şahmatçı iştirak edib. 9 turdan ibarət turnir ərzində iştirakçılar arasında maraqlı və gərgin mübarizə yaşanıb.
Turnirin yekun nəticələrinə əsasən, qrosmeyster Əhməd Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Beynəlxalq usta Vüqar Manafov ikinci, beynəlxalq usta Xəzər Babazadə isə üçüncü yeri tutub.
Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim edilib. Turnirin qalibi 5 000 manat məbləğində pul mükafatına layiq görülüb.
Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Vugar Gashimov Open” olacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az