Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Günəşli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
RİH başçısı Tahir Məmmədov çıxışında respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Səyyar qəbul zamanı Günəşli kənd sakinləri kəndə gedən yolun təmiri və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar. Tahir Məmmədov sakinləri narahat edən digər məsələləri də dinləyib, qaldırılan problemlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.











