Şamaxı RİH başçısı Şərədil kənd sakinləri ilə səyyar qəbul keçirib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısı Şərədil kənd sakinləri ilə səyyar qəbul keçirib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Şərədil kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə və mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək son illər respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.
Görüşdə Şərədil kənd sakinləri, əsasən, içməli su təminatı ilə bağlı mövcud problemləri diqqətə çatdırıblar. Sakinləri narahat edən digər məsələlər də müzakirə olunub.
Qaldırılan problemlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az