Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Hacıqədirli kənd sakinləri ilə keçirilib


Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Hacıqədirli kənd sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Hacıqədirli kənd sakinləri öncə kənddə Heydər Əliyev Fondu tərəfindən tikilən yeni, ən müasir standartlara cavab verən məktəb binasına görə cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma öz dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra sakinləri narahat edən fərdi müraciətlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az