Mayın 17–22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.
Tədbirin məqsədi xarici jurnalistləri Azərbaycanın zəngin tarixi, mədəni irsi və turizm potensialı ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində iştirakçılar Şamaxının qədim tarixi abidələrini, o cümlədən Cümə məscidini, Diri Baba türbəsini və regionun mədəni irs nümunələrini ziyarət edəcəklər.
Mediatur beynəlxalq auditoriyada Azərbaycanın şəhərsalma sahəsində təcrübəsini və mədəni müxtəlifliyini daha geniş şəkildə tanıtmağa xidmət edir.







