Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Şamaxıya səfər edib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Şamaxıya səfər edib


Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonunda olub.

Səfər çərçivəsində qonaq əvvəlcə “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzini ziyarət edib. Burada ona Azərbaycanda kosmik sahənin formalaşdırılması və inkişafı, həmçinin ölkəmizin kosmik imkanları barədə ətraflı məlumat verilib.

Daha sonra Martin Çunqonq Şamaxının görməli və tarixi məkanları ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa qədim memarlıq abidəsinin tarixi, memarlıq xüsusiyyətləri və arxeoloji əhəmiyyəti barədə məlumat təqdim edilib.

Səfər zamanı PAİ-nin Baş katibi Şamaxı şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub. Burada mərkəzin fəaliyyəti və həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az