Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar » Shirvanqazeti.az - Şirvan Qəzeti

Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar


23 noyabr 2023-cü il tarixində Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar. Səfərin məqsədi ölkəmizin idarəetmə strukturu, sosial-iqtisadi siyasəti və höküməti tərəfindən təqdim edilən xidmətlərlə yaxından tanış olmaqdan ibarətdir.
Qonaqlar öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər. Görüşdə qonaqlara Şamaxının tarixi və bügünki inkişafı istiqamətləri ilə bağlı məlumat verilib.
Sonra nümayəndə heyəti Şamaxının qədim tarixi abidələrini, o cümlədən Cümə Məscidini, dahi Azərbaycan şairi Nəsiminin qardaşı Şahxəndanın türbəsini və Kələxana türbələr kompleksini ziyarət ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az