Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulları rayonun Çarhan və Sabirli kənd sakinləri ilə keçirilib. Görüşlərdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrini təmsil edən məsul işçilər, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərini dinləmək, kəndlərdə mövcud olan problemləri yerində araşdırmaq və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsini təmin etmək olub.
Çarhan kənd sakinləri tərəfindən əsasən kənd körpələr evi-uşaq bağçasının və tibb məntəqəsinin təmiri ilə bağlı müraciətlər səsləndirilib. Sakinləri narahat edən digər məsələlər ətrafında da müzakirələr aparılıb və qaldırılan problemlərin qısa zamanda aradan qaldırılması məqsədilə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Çarhan kəndi










Sabirli kənd sakinləri isə daha çox fərdi xarakterli müraciətlərlə çıxış ediblər. Görüş zamanı sakinlərin sualları dinlənilib, mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb və müraciətlərin operativ həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Sabirli kəndi






