Səyyar görüşlər Meysəri kəndində davam edib. » Shirvanqazeti.az - Şirvan Qəzeti

Səyyar görüşlər Meysəri kəndində davam edib.


Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, həmçinin xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı çıxış edən Tahir Məmmədov son illər ölkə üzrə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrindən, aparılan quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən ətraflı bəhs edib.

Səyyar qəbulda Meysəri kənd sakinləri əsasən elektrik enerjisi infrastrukturunun yenilənməsi və kənddaxili yolların bərpası ilə bağlı müraciətlər səsləndiriblər. Eyni zamanda sakinləri narahat edən digər məsələlər də diqqətə çatdırılıb. Qaldırılan problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az