Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ictimaiyyət nümayəndələri, gənclər və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açıq elan edib. Daha sonra “Möhtəşəm Zəfər yolu: Yeni zirvələrə doğru” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya veteranı Mail Alıcanov Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin siyasi və tarixi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu möhtəşəm Qələbə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunub. Çıxışlarda, eyni zamanda, xalq–iqtidar birliyinin ölkəmizin möhkəmlənməsi, dayanıqlı inkişafı və gələcək hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tədbirin ikinci hissəsində 5 saylı Ərazi Partiya Təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü, yubilyar Rəfail Tağızadə partiya sıralarındakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunub. Daha sonra tədbir iştirakçıları yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
















