İndoneziya səfiri Şamaxıda olub » Shirvanqazeti.az - Şirvan Qəzeti

İndoneziya səfiri Şamaxıda olub


İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər ediblər.

Səfər çərçivəsində diplomat Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə görüşüb. Görüş zamanı rayonun tarixi irsi, mədəni potensialı və müasir sosial-iqtisadi inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra səfir Şamaxının bir sıra tarixi və mədəniyyət obyektləri ilə tanış olub. O, Azərbaycanın ən qədim dini abidələrindən biri olan Şamaxı Cümə Məscidini, Kələxana türbələri kompleksini, Şamaxı Yaradıcılıq Mərkəzini və Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib.

Səfər zamanı həmçinin Meysəri kəndində yerləşən “Şirvan Şərabları” müəssisəsi və Alpaka fermasına da baxış keçirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az