Şamaxı rayonunda növbəti səyyar qəbullar keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı rayonunda növbəti səyyar qəbullar keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayonun Hacılı və Əhmədli kənd sakinləri ilə növbəti səyyar qəbulları keçirilib.
Səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər və məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Görüşlər zamanı Tahir Məmmədov son illərdə ölkəmizdə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Səyyar qəbullar zamanı Hacılı və Əhmədli kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Hacılı kəndində sakinlər əsasən kəndin elektrik enerjisi təsərrüfatının yenilənməsi və kəndə gedən yolun təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Əhmədli kəndində də əsas müraciətlər elektrik enerjisi təsərrüfatının yenilənməsi və kəndə gedən yolun təmiri ilə bağlı olub. Bununla yanaşı, sakinləri narahat edən digər məsələlər də diqqətə çatdırılıb.
Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Səyyar qəbullar zamanı vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, problemlərin yerində öyrənilməsi və onların həlli ilə bağlı operativ tədbirlərin görülməsi əsas diqqət mərkəzində olub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az