Əngəxaran və Məlhəm kəndlərində səyyar qəbullar keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Əngəxaran və Məlhəm kəndlərində səyyar qəbullar keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayonun Əngəxaran və Məlhəm kəndlərində sakinlərlə növbəti səyyar görüşləri keçirilib.
Görüşlərdə rayonun müxtəlif sahələrini, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarını təmsil edən rəhbər şəxslər, həmçinin kənd sakinləri iştirak ediblər.
Səyyar qəbullar zamanı rayonun sosial-iqtisadi inkişafı, kəndlərdə infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən məsələlərin yerində öyrənilməsi və onların həlli istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq tədbirlərindən, regionların inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də Şamaxı rayonunda kənd və qəsəbələrin sosial və infrastruktur imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Əngəxaran kəndində keçirilən qəbul zamanı sakinlərin əsas müraciətləri mərkəzləşdirilmiş su şəbəkəsinin yaradılması və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı olub. Sakinlərin digər müraciət və təklifləri də dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Məlhəm kəndində keçirilən səyyar qəbul zamanı isə kənd sakinləri elektrik enerjisi təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri, içməli su təchizatı və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Sakinlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlərin həlli imkanları müzakirə olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı Əngəxaran kənd sakini Hilal Bəkirov sakinlər və öz adından rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədova Şamaxının inkişafına və tərəqqisinə verdiyi töhfələrə görə plaket təqdim edərək minnətdarlığını bildirib.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərin müraciətlərinin birbaşa dinlənilməsi, mövcud problemlərin yerində öyrənilməsi və onların həlli istiqamətində operativ tədbirlərin görülməsidir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az