Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov növbəti səyyar qəbulunu Mərzəndiyə kənd sakinləri ilə keçirib. Qəbula təhsil, səhiyyə, mədəniyyət sahələrinin və digər xidmət təşkilatlarının rəhbər işçiləri də qatılıblar.
Başçı çıxışında son illər respublika və rayonda aparılan quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə icra olunan infrastruktur layihələrindən danışıb.
Sakinlər əsasən yeni tam orta məktəb binasının tikilməsini, evlərinə gedən küçəyə çınqıl örtük verilməsini və kəndin su təminatında yaranmış fasilələrin aradan qaldırılmasını istəyiblər. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






