Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulları sentyabrın 9-da Çuxuryurd və Məlhəm kəndlərində keçirilib.
Qəbullarda rayonun aidiyyəti qurumlarının rəhbərləri, xidmət təşkilatlarının məsul şəxsləri və kənd sakinləri iştirak ediblər. Çıxış edən RİH başçısı Tahir Məmmədov son illərdə ölkədə və rayonda aparılan quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələrindən danışıb.
Çuxuryurd kəndi
Səmiyev Firidun Qəndalı oğlu kənddə şəhidlərin xatirə lövhəsinin qoyulmasını xahiş edib.Əhmədov Seyidağa Əhməd oğlu kəndin elektrik təsərrüfatının yenilənməsinə ehtiyac olduğunu bildirib.
Digər sakinlər məişət tullantılarının atılması üçün konteynerlərlə təmin olunmalarını və kəndin daxili küçələrinin təmir edilməsini istəyiblər.


Məlhəm kəndi
Nəsirov İsmayıl Nemət oğlu kəndin elektrik təsərrüfatının yenilənməsi məsələsini qaldırıb.
Orucov Xanalı Laçın oğlu daxili küçələrin təmiri və marşrut avtobusunun kəndin daxili yollarından keçirilməsi ilə bağlı müraciət edib.
Həmzəyev Qalib Ənvər oğlu kənddəki subartezian quyusunun təmir olunmasına ehtiyac olduğunu qeyd edib.
Xudaverdiyev Ağaməmməd Pirməmməd oğlu fərdi yaşayış evinin qaz və elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciət edib.
Mursalıyeva Rəsmiyə Abasqulu qızı isə 2019-cu ildə zəlzələdən ziyan dəymiş evinin təmir olunmasını xahiş edib.
Qaldırılan bütün məsələlər dinlənilib və həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.









