Şamaxıda Milli Mətbuat Günü qeyd edilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Milli Mətbuat Günü qeyd edilib


Milli Mətbuat Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətində yerli və regional media nümayəndələrinin iştirakı ilə görüş – dəyirmi masa formatında tədbir təşkil olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək media nümayəndələrini Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə təbrik edib. O, ölkəmizdə mətbuat azadlığı, söz və ifadə azadlığı sahəsində əldə olunan nailiyyətlərdən danışıb, dövlət tərəfindən peşəkar mediaya göstərilən dəstəyi xüsusi vurğulayıb.

Görüşdə həmçinin regionda və dünyada ədalətin bərpası istiqamətində Azərbaycan dövlətinin apardığı siyasət, eləcə də Şuşada keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Qlobal Media Forumunun əhəmiyyəti müzakirə olunub. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi çağırışlar və dünya mediasına verdiyi önəmli mesajlar diqqətə çatdırılıb. Qeyd olunub ki, düzgün və obyektiv informasiya cəmiyyətin sağlam inkişafı üçün əsas şərtlərdən biridir.

Media nümayəndələri çıxış edərək onlara göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə edib, ölkə üzrə informasiya əldə olunması və yayılmasında yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Jurnalistlər bölgədə fəaliyyət göstərmək üçün formalaşmış işgüzar və açıq mühiti yüksək qiymətləndiriblər.

Sonda Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə bir sıra media nümayəndələrinə mətbuat sahəsindəki fəaliyyətlərinə görə Təşəkkürnamələr və hədiyyələr təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az