Prezident İlham Əliyevin Avqustun 1-də “Euronews” televiziyasında yayımlanan müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqazın sülh gündəmi, İrəvanın Qarabağ ermənilərinin humanitar durumu ətrafında yaratdığı siyasi şou və sair bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin ölkəmizin mövqeyinə aydınlıq gətirməklə, prinsipial baxış ortaya qoyub. Şübhəsiz ki, müsahibə bəzi beynəlxalq dairələrin Bakı–İrəvan münasibətləri kontekstində nümayiş etdirdikləri ermənipərəst yanaşmalara da tutarlı cavab baxımından son dərəcə əhəmiyyətlidir.
Müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb.
“ ERMƏNİSTAN SÜLH İSTƏYƏRSƏ, BİZ ONA NAİL OLACAĞIQ”
“... Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”. Bu fikirləri Prezident İlham Əliyev Şuşada “Euronews” televİziyasına müsahibəsi zamanı səsləndirib. Dövlət başçısı bildirib ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimizi Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur və həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.
Müsahibəsi zamanı, Prezident İlham Əliyev bildirib ki, Ermənistan sülh istəyərsə biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onlarında Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Amma biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”.
Dövlət başçısı vurğulayıb ki, Qarabağda hazırda müvəqqəti olaraq, Rusiya sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayır və onlar onsuzda Azərbaycanın çox zəngin olduğu digər milli azlığları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. “Bu onların seçimidir. Bu bizim onların tərk etməyi istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan, ya Ermənistan vətəndaşı olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası Dağlığ Qarabağ Respublikasının vətəndaşları olaraq, bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu leqitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma seperatizmi qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.”
Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən, qarşı tərəfi biz dəstəkləyəcəyik deyən, Dövlət başçısı əlavə edib ki, Xarici İşlər Nazirləri arasında Vaşinqtonqda danışıqlar aparılıb. Hazırda biz bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə Moskvadan dəvət aldıq və bununla razılaşdıq. Prezident İlham Əliyev Yunanıstan hökümətinə mesaj ünvanlayıb. “Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.
Ermənistandakı Ermənilərədə mesaj göndərən Dövlət başçısı vurğulayıb ki, biz onların dövləti ilə sülh istəyirik. Müharibədən əvvəl 100 minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlükdə etnik təmizləməyə məruz qalıb. Onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə bizim Ermənistana qarşı heç bir narazı ehtiyacı yoxdur”.
Erməni icmasına gəlincə Prezident İlham Əliyev bildirib ki, onlar Beynəlxalq ictimaiətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.
LAÇIN DƏHLİZİ STRATEJİ ƏHƏMİYYƏT KƏSB EDİR
Laçın dəhlizi və sərhəd keçid məntəqəsi və bu çox mühüm keçid yolu məntəqəsinin indi sülhə maneələrdən biri olduğunu deyərdinizmi sualına Prezident İlham Əliyev belə düşünmədiyini bildirib. “Laçın dəhlizi adlandırılan yol İkinci Qarabağ müharibəsinin bitməsindən sonra fəaliyyətini işğal vaxtında işləyən qaydada təxminən iki il davam etdirmişdir. Bir fərq var idi - o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Yəni, fəaliyyətdə dayanma, bizim tərəfimizdən hər hansı müdaxilə yox idi. Bununla belə, orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səyləri ötən il noyabrın əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni istismarı ilə bağlı idi. Müharibədən sonra bu proses dayandırılmışdı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Amma sonradan - noyabrda həmin proses yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi”.
“BİZ ERMƏNİSTANIN TORPAĞINDA SAVAŞMADIQ, ÖZ TORPAĞIMIZDA VURUŞDUQ VƏ BİZ ZƏFƏR ÇALDIQ”
Müxbirin missiyanız müharibədə qalib gəlmək yoxsa dayanıqlı sülhə nail olmaqdır? sualına isə Prezident İlham Əliyev “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq”.
“AZƏRBAYCAN AVROPANIN MÜHÜM QAZ TƏCHİZATÇISINA ÇEVRİLIB”
Müsahibə zamanı Prezident cənab İlham Əliyev ölkəmizin enerji potensialından bəhs edərkən qeyd edib ki, “Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib.”
Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.
“QIRMIZI XAÇ KOMİTƏSİNİN QANUNSUZ ƏMƏLLƏRİ AŞKAR OLUNDU”
“Bu fəaliyyət dürüstlük, doğruluq, aşkarlıq əsasında tənzimlənməlidir. Həmişə belə olmur. Ermənistanın işğalçılıq siyasətinə bələd olan beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən sonra da bu dövlətə qayğı ilə yanaşmağa meyil göstərir, bəzən ciddi qanun pozuntularına da əl atır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində belə bir mühüm məqamı da diqqətə çatdırdı: “Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir”.
Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.