Şamaxı RİH başçısı Sis kənd sakinləri ilə səyyar qəbul keçirib, əsas müraciətlər kənddaxili yollarla bağlı olub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısı Sis kənd sakinləri ilə səyyar qəbul keçirib, əsas müraciətlər kənddaxili yollarla bağlı olub


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Sis kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif sahələr üzrə idarə və xidmət rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı başçı ölkə və rayon üzrə aparılan abadlıq-quruculuq işləri, kəndlərdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Sakinlər əsasən kənddaxili yolların bərpası, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan problemlər ətrafında müzakirələr aparılıb və onların həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az