Şamaxıda uşaqların sevinci ilə yadda qalan bayram tədbiri » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda uşaqların sevinci ilə yadda qalan bayram tədbiri


Şamaxı şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən tədbirdə çıxış edənlər uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və firavan gələcək arzulayıblar. Bildirilib ki, uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və vətənpərvər ruhda yetişdirilməsi cəmiyyətin əsas prioritetlərindən biridir.

Tədbirin bədii hissəsində Mərkəzin şagirdləri tərəfindən hazırlanmış zəngin musiqi proqramı, rəqs nömrələri və müxtəlif səhnəciklər nümayiş etdirilib. Uşaqların istedad və bacarıqlarını əks etdirən çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Bayram tədbiri iştirakçılarda xoş ovqat yaradaraq uşaqların sevinc dolu anları ilə yadda qalıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az