Şamaxıda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar əvvəlcə soyqırımı abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər və Xocalı hadisəsinin dərin izlərini bir daha xatırlayıblar.
Saat 17:00-da ölkənin bütün ərazisində olduğu kimi Şamaxıda da Xocalı faciəsi qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq nəqliyyat və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.











