Şamaxının Qaravəlli kəndində vətəndaşlarla səyyar qəbul keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxının Qaravəlli kəndində vətəndaşlarla səyyar qəbul keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə vətəndaşların müraciətlərinin öyrənilməsi və mövcud problemlərin həllinin sürətləndirilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbulların keçirilməsi davam etdirilir.
Bu çərçivədə növbəti səyyar qəbul Şamaxı rayonunun Qaravəlli kəndində təşkil olunub. Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, abadlıq-quruculuq işləri və kəndlərdə icra olunan infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı Qaravəlli kənd sakinləri tərəfindən əsasən içməli su təminatında mövcud olan problemlər və kənd ərazisində yeni uşaq bağçası binasının inşası ilə bağlı müraciətlər səsləndirilib. Bununla yanaşı, vətəndaşları narahat edən digər məsələlər də diqqətə çatdırılıb, qaldırılan problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az