“Yurdumun Sədası” Şamaxıda səsləndi » Shirvanqazeti.az - Şirvan Qəzeti

“Yurdumun Sədası” Şamaxıda səsləndi


27 dekabr 2025-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri “Yurdumun Sədası” adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində çıxış edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və estrada nümunələri təqdim olunub.

Orkestrin dirijoru Ellada Məmmədova olub, solistlər isə Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər.

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə bədii kollektivlərin bölgələrə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib. Konsertin əsas məqsədi milli musiqi dəyərlərini qorumaq və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi təqdim etmək olub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az