Şamaxıda "Qızlar müzakirəyə qoşulur" tədbiri təşkil olundu » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda "Qızlar müzakirəyə qoşulur" tədbiri təşkil olundu


“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü ilə, Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdurazaqova, Şamaxı Mərkəzi Xəstəxanasının həkimi Kifayət Rzayeva, ADPU-nun Şamaxı filialının direktor müavini Şəlalə Seyidova, eləcə də rayonun müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə qız uşaqlarının hüquqları, maarifləndirilməsi, təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması mövzuları müzakirə olunub. Çıxışçılar qeyd ediblər ki, qızların hüquqlarının qorunması, təhsil imkanlarının genişləndirilməsi və sosial fəallığının artırılması dövlət siyasətinin prioritetidir. Erkən nikahın fiziki və psixoloji inkişaf üçün təhlükələr yaratdığı vurğulanıb.

Müzakirələr zamanı şagirdlər öz fikir və təkliflərini bölüşüblər, məqsədlərinə çatmaq üçün sağlam və düzgün qərarlar verməyin, hüquq və vəzifələrini bilməyin, taleyüklü məsələlərə məsuliyyətlə yanaşmağın vacibliyini qeyd ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az