Şamaxıda “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib


Şamaxı Rayon Mədəniyyət Mərkəzində 17 noyabr 2025-ci il tarixində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbir Şamaxı Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini və komissiya sədri Hikmət Şikarov, Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev, eləcə də komissiyanın digər üzvləri iştirak ediblər.

Hikmət Şikarov giriş nitqində Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli sərəncamı ilə təsdiqlənmiş 2025–2030-cu illər üzrə Narkomaniyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramının icrası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev gənclərin sağlam həyat tərzi seçməsinin, asudə vaxtlarını səmərəli təşkil etməsinin və narkotik vasitələrin yaratdığı təhlükələrdən xəbərdar olmasının önəmini qeyd edib.

Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov isə narkotik və psixotrop maddələrin tərkibi, onların törətdiyi fəsadlar və hüquqi məsuliyyət barədə geniş məlumat verərək gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Komissiyanın üzvü, Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov narkomaniyanın ciddi sosial problem olduğunu vurğulayıb və gənclərin bu təhlükəyə qarşı daha diqqətli olmalarının əhəmiyyətini xatırladıb.

Tədbir mövzu ilə bağlı gənclərin suallarının cavablandırılması ilə yekunlaşıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az