Berlində MAMA “Ana təbiət” sərgisi və Samir Kaçayevin yaradıcılığı nümayiş olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Berlində MAMA “Ana təbiət” sərgisi və Samir Kaçayevin yaradıcılığı nümayiş olunub


Berlində Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılış mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə keçirilib.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi çərçivəsində “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş və Aprel döyüşlərinin şəhidi Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin təqdimatı da reallaşıb. Açılış mərasiminə şəhidin ailə üzvləri də qatılıb.

Sərgi Berlin tamaşaçılarını Samir Kaçayevin sənət dünyasına dəvət edir. Onun əsərlərində dəqiqlik, sənətə bağlılıq və zəngin mənəvi dərinlik öz əksini tapır. “Yarımçıq qalmış, lakin əbədi” sərgisi gənc sənətkarın həyat və yaradıcılıq irsini əbədiləşdirir, sənətsevərlərə vətənpərvərlik və sənət həvəsi ilə dolu mesajlar çatdırır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az