Şamaxı RİH aparatının şöbə müdiri Dürdanə Mirzəyeva təqaüdə göndərilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH aparatının şöbə müdiri Dürdanə Mirzəyeva təqaüdə göndərilib


Şamaxı Rayon İcra Hakimiyyəti başçısının aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Dürdanə Mirzəyevanın əmək fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq sona çatıb və bu münasibətlə tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov və aparatın kollektivi iştirak edib.

Çıxış edənlər Dürdanə Mirzəyevanın şərəfli həyat yolundan, rayonun ictimai-siyasi həyatında və dövlət idarəçiliyi sahəsində göstərdiyi xidmətlərdən geniş danışıb. Dürdanə Mirzəyeva ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətini qiymətləndirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Dürdanə Mirzəyevaya uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamı ilə Fəxri Fərman təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az