Şamaxı RİH başçısının növbəti səyyar qəbulları Günəşli və Şərədil kəndlərində keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısının növbəti səyyar qəbulları Günəşli və Şərədil kəndlərində keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rəhbərliyi ilə növbəti səyyar qəbullar rayonun Günəşli və Şərədil kənd sakinləri ilə keçirilib. Tədbirdə təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak edib.
Günəşli kəndində əsas diqqət Eyubov Vəfadar Səməd oğlunun müraciəti əsasında kəndin daxili yollarının təmirinə, tam orta məktəbin əsaslı təmirinə və ya yenidən tikilməsinə, həmçinin bulaqlara gələn su xətlərinin yenilənməsinə köməklik göstərilməsinə yönəlib. İsmayılov Etibar Vəli oğlunun həyətyanı sahəsindən sel sularının axmasının qarşısının alınması və Ağayeva Səhraya Həsən qızının fərdi yaşayış evi ilə təmin olunması məsələləri də müzakirə olunub.
Səyyar qəbul zamanı sakinlərin müraciətləri ətrafında geniş müzakirələr aparılıb və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilib. Şamaxı RİH başçısı Tahir Məmmədov çıxışında respublika və rayon səviyyəsində həyata keçirilən quruculuq-abdlıq işlərindən və infrastruktur layihələrindən danışıb.

                                    Şərədil kəndində qəbul zamanı isə aşağıdakı məsələlər müzakirə olunub
Şərədil kəndində müzakirə olunan məsələlər arasında Səfərov Eyvaz Müzəffər oğlunun mal-qaranın və arı ailələrinin yoluxucu xəstəliklərdən qorunması və müalicəsi, həmçinin kəndin içməli su təminatı, Heydərov İsmayıl Məmmədtağı oğlunun evinə dəymiş ziyana görə sığorta ödənişi və oğlunun özünüməşğulluq proqramına cəlb olunması, Hacıyev Vahab Ənvər oğlunun evinin yanmasına görə kompensasiya və Məmmədli Sadiq Tapdıq oğlunun qaz sayğacının plombunun dəyişdirilməsi məsələləri olub.
Qəbul zamanı kənd sakinləri əsasən kənddaxili yolların təmiri, içməli su təminatı və mal-qarada kütləvi xəstəliklərin müalicəsi ilə bağlı məsələləri gündəmə gətiriblər. Şamaxı RİH başçısı Tahir Məmmədov sakinlərin suallarını dinləyərək problemlərin tezliklə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az