Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Dövlət başçının çıxışında böyük məmnunluq hissi ilə vurğulanıb ki, üç qardaş ölkənin Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı gündən-günə güclənir. Bunun təməlində illərin sınağından çıxmış sarsılmaz qardaşlıq telləri, dostluğa sədaqət və inam dayanır.
Bu gün ikinci üçtərəfli Zirvə görüşünün işğaldan azad edilmiş Laçında keçirilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Üç qardaş ölkənin birliyinin, qardaşlığının növbəti  təzahürü olan bu mərasim özündə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin yeni, daha geniş perspektivliklərinin real konturlarını əks etdirir.
Prezident  İlham Əliyev çıxışında  44 günlük   Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi  siyasi   və mənəvi dəstəyi bir daha minnətdarlıqla qeyd edib və üçtərəfli əməkdaşlığın yeni reallığlar müstəvisində müzakirə edilən məsələlərin müzakirəsini, əldə edilmiş razılaşmaların üçqardaş dövləti bir-birinə daha da yaxınlaşdırıb.
Prezident İlham Əliyev çıxışı zamanı 107 il bundan əvvəl ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın taleyində mühüm tarixi hadisə kimi dəyərləndirib.
“Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı”- deyə dövlət başçısı həmin dövrdə xalqımıza qarşı törədilən tarixi ədalətsizliyə də toxunub və Qərbi Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana verilməsini bu ədalətsizliyin bir nümunəsi kimi qeyd edib. Sonrakı illərdə də Azərbaycan belə cinayətkar əməllərlə üz-üzə qalıb, ağır torpaq itkilərinə məruz qalıb. Belə çətin illərdə xalqımızın iradəsi və qardaş xalqların köməyi  bizə güc verdi, bizi  ruhlandırdı.
Azərbaycan ötən əsrin 90-cı illərin əvvəllərində qazandığı müstəqilliyinin  ilk illərində də xalqımız məkrli erməni xislətinin törətdiyi cinayətlətlərin faciəsini yaşadı.
Ermənistanın dövlət səviyyəsində xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı, kütləvi qətllər, minlərlə soydaşımızın öz döğma yurdlarından məcburi qovulması düşmənin öz havadarlarının köməyi ilə həyata keçirdikləri planlı, hiyləgər, məkrli siyasətin tərkib hissəsi idi.
Bütün məhrumiyyətlərə, təcavüz aktlarına  baxmayaraq xalqımız heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmadı. Azərbaycan dövlət səviyyəsində beynəlxalq müstəvidə daha da güclü mövqelərə sahib olmaq üçün məqsədyönlü işlər apardı. Dövlət başçısı çıxışında bu istiqamətdə aparılan işlər sırasında gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb və 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məğlub etdiyimizi qürurla qeyd edib. Azərbaycan bu müharibədə də Erməni silahlı birləşmələrini darmadağın etdi, separatizmin kökünü kəsdi, torpaqlarımızın bütövlüyünü və suverenliyini təmin etdi.
Bu gün Qarabağımız yenidən dirçəlir. Əzəli yurd yerlərimizə həyat qayıdıb.
Prezident İlham Əliyev çıxışı zamanı artıq dördüncü ildir ki, xalqımızın müzəffər xalq və dövlət kimi yaşadığını qürur hissi ilə qeyd edi. Üç qardaş dövlətin – Azərbaycan, Türkiyə, Pakistanın birliyi dünyaya yeni mesajlar verir. Qələbə bizimdir və bizim olacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

  • 8.05.2025, 11:24 ƏBƏDİYYƏT ÖMRÜ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az