Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri sürətlə inkişaf edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir”
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili: “Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil”
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. Tarixən oxşar talelərdən keçən Azərbaycan-Gürcüstan ötən əsrin doxsanıncı illərinin əvvələrində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərin qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər. Gürcüstanın yeni seçilən hökümət və dövlət başçılarınn ilk xarici səfərlərini Azərbaycana etmələri artıq ənənəyə çevrilib, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ölkəmizdə rəsmi səfərdə olan  Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatla çıxışında bu uğurlu əməkdaşlığın dərindən təhlilinə diqqət çəkdi. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, sülh,mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını, Gürcüstan və Azərbaycanın bir çox önəmli layihələri birgə gerçəkləşdirdiklərini və bu layihələrin həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını vurğuladı.
Prezident çıxışında qeyd etdi: “Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”
Ölkə rəhbəri bəyanatında hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırdı.
Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.
Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Prezidentlərin mətbuata bəyanatlarında Cənubi Qafqazdakı mövcud durum barədə fikir bildirmələri gözlənilən idi. Bölgədə sülhün,əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olan məsələ kimi vurğulayan dövlətimizin başçısı buna həm Gürcüstan, həm də Azərbaycanın öz töhfəsini verdiklərini diqqəətə çatdırıb: “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”-deyən Prezident İlham Əliyev sözünü bu cür yekunlaşdırdı. “Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.
Azərbaycanla Gürcüstanın nümayiş etdirdikləri birlik, bərabərlik, həmrəylik hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, bölgəni öz geosiyasi maraqlarının döyüş meydanına çevirmək istəyən qüvvələrin növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər.
Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında müstəsna rolu vardır.
Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir.
Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.
Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 26 oktyabr 2023-cü ildə AR Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 05 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 07 aprel və 24 noyabr (SPECA-nın Zirvə Görüşü) 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 11 noyabrın 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 16 iyul 2022-ci ildə AR xarici işlər naziri Ceyhun Bayramov Tbilisi şəhərində Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşmüşdür.
27 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri baş tutmuşdur.
Parlamentlərarası əlaqələrə gəlincə  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən qrupun rəhbəri – Arzu Nağıyev.
Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq   qrupu mövcuddur. Gürcüstan tərəfindən qrupun rəhbəri – vitse-spiker Arçil Talakvadze.
Müqavilə-hüquq bazasına gəldikdə  isə iki ölkə arasında 119 sənəd imzalanmışdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

  • 14.04.2025, 10:58 Qaranlığa nur saçan alim
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az