Şamaxıda gənclərlə görüş keçirilib


Tədbirdə rayonun ictimai həyatında səmərəli fəaliyyəti ilə və idman, mədəniyyət və digər sahələrdə yüksək nailiyyətlərləri ilə seçilən gənclər iştirak ediblər.
Təbrik sözləri ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzu edərək onların hamı üçün nümunə olduqlarını vurğulayıblar.
Həmçinin, tədbirdə dövlətimizin gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizin hər yerində gənclərin inkişafı üçün yaradılan şəraitdən, onlara verilən dəstəkdən və gənclərin sağlam mühitdə inkişaf etməsi üçün görülən işlərdən geniş söhbət açılıb.
Tədbirin sonunda bir qrup gənc Şamaxı RİH başçısı və Milli Məclisin deputatı Tamam Cəfərova tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az