Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib


Sentyabrın 6-da Şamaxı şəhərində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil naziriyinin aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, təhsil işçisi olan şəhid ailə üzvləri, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm, idman, əl işləri və digər mövzulardan ibarət sərgiyə baxış keçiriblər.
Konfransda çıxış edən Elm və Təhsil naziriyinin aparat rəhbəri Mətin Kərimli  təhsil sahəsində aparılan islahatlardan və ölkəmizin təhsilində baş verən nailiyyətlərdən söz açıb. Qarabağda və bütün respublika ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri və Qarabağ Universiteti haqqında söz açan aparat rəhbəri çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edib. 
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan söz açıb. İcra başçısı çıxışında qarşıdan gələn 15 Sentyabr - Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı  Dağlıq Şirvan Regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri haqqında danışıb. 
Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov hesabatla çıxış edib. Məktəblərin ötən tədris illəri üçün nəticələrini təhlil edən Həmid Qasımov idarənin tabeliyində fəlaiyyət göstərən rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb. Müxtəlif statistik rəqəmləri diqqətə çatdıran və gələcək hədəflərdən danışan idarə müdiri sonda bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzu edib.





PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az